Azərbaycanda polisi döyüb xəsarət yetirdilər

Azərbaycanda polisi döyüb xəsarət yetirdilər
Hadisə 137

Göyçayda polis əməkdaşına qarşı zor tətbiq edilib.

DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildiriblər ki, aprelin 27-si saat 16 radələrində Göyçay rayonunun Bığır kəndində kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının kənd üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaradıb, bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən RPŞ-nin əməkdaşı Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq bir hissəsi ilə sonuncuya yüngül bədən xəsarəti yetirmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

N.Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər