Azərbaycanda özünü öldürən rəis müavini məşhur şəxsin oğlu imiş
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.
BAKU.WS Qaynarinfo-ya istinadla xəbər verir ki, Əli Cahangirli məşhur tarixçi və tədqiqatçı, Nehrəm Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin və BAO Mərkəzi Şurasının üzvü Nəcəfalı Cahangirlinin oğludur.
Əli Cahangirli 13 iyul 2022-ci ildə Astara rayonu Rüdəkənar kəndində intihar edib.
Mərhumun qardaşı Araz Cahangirli bildirib ki, hazırda qardaşının ölüm səbəbi araşdırılır: "Qardaşım Astarada yaşadığı evdə intihar edib. Naxçıvanın Nehrəm qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq”.
Oxşar xəbərlər
Gömrük Komitəsinin vəzifəli şəxsinin intiharı ilə bağlı yeni detallar - YENİLƏNİB
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin intiharı ilə bağlı bəzi məlumatlar bəlli olub....