Azərbaycanda ölümcül qəzalar artır – DYP səbəbləri açıqladı

Azərbaycanda ölümcül qəzalar artır – DYP səbəbləri açıqladı
Foto Açıqlama
Hadisə 128

Son günlər həm Bakıda, həm də bölgələrdə yol qəzalarının sayı kəskin şəkildə artıb.

BAKU.WS-in məlumatına görə, az qala hər gün yeni bir ağır qəza xəbəri yayılır və bu hadisələrin böyük hissəsi insan tələfatı ilə nəticələnir.

Xüsusilə Biləsuvarda baş verən və eyni anda 5 nəfərin həyatına son qoyan dəhşətli qəza cəmiyyətdə ciddi narahatlıq yaradıb. Artan qəzalar, sürücülərin məsuliyyətsizliyi, yol infrastrukturu və nəzarət mexanizmləri haqda sualları yenidən gündəmə gətirib.

Mövzu ilə Baş DYP İdarəsinin baş inspektoru Elvin Hacıyev BAKU.WS-ə bildirib ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün mütəmadi olaraq nəzarət, profilaktik tədbirlər həyata keçirilir:

"Müraciətlərimizi media subyektləri və ya sosial şəbəkə seqmentləri vasitəsilə çalışırıq ki, daim sürücülərin diqqətinə çatdıraq. Lakin aparılan təbliğat, təşviqat işlərinin intensivliyinə baxmayaraq, bəzi sürücülərin qaydalara biganə və, qeyri-ciddi yanaşması sonda yol nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır.

Azərbaycanda ölümcül qəzalar artır – DYP səbəbləri açıqladı

Qeyd edim ki, baş verən yol nəqliyyat hadisələrini araşdırdıqda görürük ki, ilkin sırada yolda təyin olunmuş sürət həddinin aşılmasıdır. Hansı ki, sürücü xüsusi texniki vasitəyə yaxınlaşır, sürət həddini azaldır, digər xüsusi texniki vasitə qədər sürət həddini yeridən artırır və daha çox sutkanın qaranlıq vaxtı məhdud görünmə şəraitində iki xüsusi texniki vaxtı arasında baş verir. Bəzi hallarda yorğun, yuxulu halda sükan arxasında bəzi sürücülər əyləşir ki, bu da yol nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxarır. Ara məsafəsinin düzgün saxlanılmaması, avtomobili idarə edərkən mobil telefondan istifadə edilməsi, hansı ki, mobil telefondan istifadə edilməsi bir saniyəlik diqqətsiz neçə metrlərlə yolun getməsinə, yolun nəzarətsiz getməsinə və qəzanın baş verməsinə gətirib çıxardır.

Unutmaq olmaz ki, yol cəsarət meydanı, zarafat yeri deyil, yol birgə iştirakçılıq yeridir. Ona görə də hər bir sürücü, hər bir hərəkət iştirakçısı yollarda qaydalara ciddi şəkildə riayət etməlidirlər. Ani bir diqqətsizlik və fikir yayınıqlığı, sonda da ağır nəticəli yol nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxara bilər. Ona görə də hər bir hərəkət iştirakçısından xahişimiz budur ki, yol hərəkəti qaydalarına tam ciddi şəkildə riayət etsinlər, özlərini və başqalarının həyat və sağlamlığını təhlükə altına atmasınlar".

Orxan Hüseyn

Son xəbərlər