Azərbaycanda nəhəng ağac turist bazasına aşdı - FOTO
30
avq
2019
08:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə 120 ildən artıq yaşı olan qovaq ağacaı bu saatlarında kökündən qoparaq yaşayış ərazisinə aşıb.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə az öncə Mingəçevir Su Anbarı hövzəsində yerləşən köhnə turist bazasında baş verib.Məcburi köçkünlərin məskunlaşdığı bu bazanın giriş qapıları önündə qəfildən aşan qovaq ağacının 120 ildən artıq yaşı olduğu deyilir. Nəhəng ağac iri gövdə və budaqları ilə ətrafa yayılıb. Hətta ətrafındakı nisbətən gənc həmişəyaşıl ağacların da bir qisminin üstünə düşərək onlara da zərər verib. Hadisə gecə saatlarında baş verdiyindən turist bazası ərazisində məcburi köçkünlərdən zərərçəkən şəxs olmayıb.
Qalereya
Oxşar xəbərlər
Dənizkənarı Milli Parkda ərəb turist ölüb
Bakı Dənizkənarı Milli Parkında Səudiyyə Ərəbistanından olan turist keçinib.Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun "Report"a verdiyi məlumata g...