Azərbaycanda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndinin ərazisində qeydə alınıb. "VAZ" markalı avtomobillə sərnişin daşıyan mikroavtobusun toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
İlkin məlumata görə, qəza nəticəsində sürücülər - 15 saylı marşrutun sürücüsü olan Gəncə şəhər sakini 1970-ci il təvəllüdlü Məmmədov Elçin Valeh oğlu və "VAZ 2107" markalı avtomobilin sürücüsü xəsarət alıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
SON DƏQİQƏ: Toydan qayıdan mikroavtobus yük maşını ilə toqquşub - Ölən var - VİDEO/FOTO (YENİLƏNİB)
Göygöl rayonunda baş verən qəzada ölən şəxsin kimliyi bəlli olub. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, qəzada ölən şəxs 1986-cı il təvəllüdlü Daşk...