Azərbaycanda mikroavtobus minik maşını ilə toqquşub - 5 nəfər xəsarət alıb - FOTO

Lənkəranda baş verən qəzada 5 nəfər xəsarət alıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük kəndi ərazisindəqeydə alınıb. "Mercedes" markalı mikroavtobus, "KİA" markalı avtomobillə toqquşub.
Nəticədə 5 nəfər, Lənkəran rayonunun Türkəkəran kənd sakini 1991 - ci il təvəllüdlü Camalə Cəfərova, Astara rayonunun Şiyəkəran kənd sakini 2001 - ci il təvəllüdlü Sevinc Məmmədova, Astara rayonunun Şahağacı kənd sakini 1994 - cü il təvəllüdlü İlkin Mikayılov, Astara rayonunun Şiyəkəran kənd sakini 2005 - ci il təvəllüdlü Nərmin Qulamova və Astara rayonunun Motlayataq kənd sakini 2006 - cı il təvəllüdlü Nurşad Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə yerləşdiriliblər. Müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda DƏHŞƏT: paltar yumadığı üçün sevgilisini 64 bıçaq zərbəsi ilə öldürdü - FOTO
2022-ci il fevralın 23-ü saat 11 radələrində Xəzər rayonu Qala qəsəbəsində Sevinc Cəfərovanın qətlə yetirilir. Məlumatla əlaqədar polis və prokurluq əməkdaşları...
