Azərbaycanda meşədə azan əcnəbi turistlər tapılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə Peru Respublikasının vətəndaşı Pella Patricia və İtaliya vətəndaşı Laura Sesennanın dünən səhər saatlarında Qax rayonunda qaldıqları oteldən gəzmək adı ilə çıxdıqları və daha sonra onların meşədə itkin düşmələri barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslərin yerinin müəyyən edilməsi istiqamətində dərhal axtarışlara başlanılıb.
Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hər iki əcnəbi turist Qaxbaş kəndi ərazisindəki meşə massivində sağ-salamat şəkildə tapılaraq qaldıqları otelə yerləşdiriliblər.
Onlar operativ reaksiyaya görə, Azərbaycan polisinə minnətdarlıqlarını bildiriblər.
Oxşar xəbərlər
Bakıda bir gündə beş nəfər yoxa çıxdı: İnsanın itkin düşməsi necə təsdiqlənir?
Ötən gün ərzində paytaxtda xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları itkin düşmüş şəxslərlə bağlı beş fakt qeydə alıb. BAKU.WS xəbər verir ki, bu barə...