Azərbaycanda məmur öldü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Layihələrin idarəedilməsi departamentinin rəisi Kərim Sultanov vəfat edib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, o, 29 iyul 1977-ci il tarixində Bakıda anadan olub, Azərbaycan Dövlət Dillər Universitetinin Dilşunaslıq (tərcüməçi-referent, ingilis-dili) ixtisasını bitirib.
K.Sultanov əmək fəaliyyətinə 1996-cı ildə Dövlət Tibb Kitabxanasında tərcüməçi kimi başlayıb, daha sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında, “Aİ crane” şirkətində, “Xəzərdənizneftqaztikinti” trestində, “SOPS” MMC, “Makdermott Kaspian Kontraktors”da çalışıb.
2014-cü ildən ASCO sıralarına qoşulub. Ona müxtəlif məsuliyyətli vəzifələr həvalə edilib, göstərdiyi yüksək peşəkarlıq və işgüzarlığı ilə hər zaman etimadı doğruldub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalına layiq görülüb.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Azərbaycanda rektor dünyasını dəyişib
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinə ağır itki üz verib.BAKU.WS xəbər verir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Mansur oğlu Ə...