Azərbaycanda küçə iti qadına hücum edib yaraladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İstər paytaxt, stərsə də bölgələrimiz olsun. Hazırda sahibsiz itlərə, demək olar ki, əksər küçələrdə rast gəlirik.
Şikayətlər də kifayət qədər çoxdur, müxtəlif ərazilərdən olan sakinlər dəfələrlə narazılıqlarını elə bizə də bildiriblər.
Çünki bu cür itlər hər kəs, xüsusilə, məktəbə gedib-gələn azyaşlılar üçün təhlükə deməkdir. Necə ki, 58 yaşlı Mingəçevir sakini Nəcibə Şirinova özünü qoruya bilmədi.
İşə gedərkən heyvanın hücumuna məruz qalan qadın sonda xəstəxanaya yerləşdirilməli olub.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Mingəçevirdə 8 yaşlı Nəcibə Şirinovanın başına gəlib. Şəhərdə fəaliyyət göstərən idarələrdən birində çalışan qadının işə çatmasına sahibsiz it imkan verməyib.
Qəfil qadının üzərinə atılan heyvan onu yerə yıxıb. Köməksiz vəziyyətdə qalan Nəcibə Şirinovanın səs-küyünə iş yoldaşları yetişiblər. Onlar çətinliklə də olsa, qadını xilas edə biliblər. Müxtəlif nahiyələrindən xəsarət alan Nəcibə Şirinova Mingəçevir şəhər xəstəxanasına çatdırılıb.
Zərərçəkənin qonşuları sahibsiz itlərin şəhər ərazisində həddindən çox olduğunu deyirlər. Günün müxtəlif saatlarında uşaq-böyük demədən itlər insanlara hücum edir.
Sahibsiz itlər Mingəçevirin Energetiklər qəsəbəsində də sakinlərin kabusuna çevirilib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...