Azərbaycanda kişi müəmmalı şəkildə yoxa çıxıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabad rayon sakini, 57 yaşlı Aslanov Cəmaləddin Zöhrab oğlu 4 aydır, itkin düşüb.
BAKU.WS xəbər verir ki, Cəmaləddin yanvar ayının 28-də müəmmalı şəkildə yoxa çıxıb.
Xəzər TV-nin "Səni axtarıram" proqramına üz tutan ata-anası deyir ki, Cəmaləddin qəflətən axşamüstü evdən çıxıb qaçmağa başlayıb. Arxasınca nə qədər qaçıblarsa, tuta bilməyiblər.
Anası Validə xala itkin düşməzdən əvvəl oğlunun psixologiyasının pozulduğunu və qəribə sözlər danışdığını deyir: "Heç bir pis vərdişi yox idi, nə araq içirdi, nə də siqaret çəkmirdi. Hər kəsin köməyinə çatırdı. Məni 1 saat görməyəndə darıxırdı, gəlib üzümdən öpürdü. Elə baladan ötrü mən ölərəm. Odur ki, yanıram. İki günün içində birdən halı çöndü. Salyana həkimə apardıq, həkim dedi ki, bazar ertəsi yenə gətirin. Uşağıma əlac etmək üçün yanvarın 26-da heyvanlarımızı satdıq. Yanvarın 28-nə kimi yaxşı idi. 28 günü birdən dolaşdı. Balam dumana-çənə düşdü. 28-ci gün dedi ki, ata, orada bir-birlərini qırırlar, elə bil məni çağırırlar. Bunu deyib qaçdı. Hava alatoran idi, bir duman gəldi ki, göz gözü görmürdü. Bilmədik, hansı tərəfə getdi. Pencəyini də çıxarıb evə qoymuşdu. Pasportu da üstündə deyil".
Atası deyir ki, həmin vaxt qapının ağzında oturub və Cəmaləddinin çölə çıxdığını görməyib. Qonşu kişi isə Cəmaləddini meşəyə tərəf qaçarkən gördüyünü söyləyir.
Aslanov Cəmaləddin Zöhrab oğlu polis tərəfindən axtarışları da 4 ay ərzində heç bir nəticə verməyib.
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...