Azərbaycanda kişi həyat yoldaşını üç qızı ilə küçəyə atdı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda kişi həyat yoldaşını üç azyaşlı qızı ilə küçəyə atdı.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, qadın və azyaşlı qızları ötən gün sığınacağa yerləşdirilib:
“Dünən ərazi üzrə polis idarəsinin əməkdaşları tərəfindən sığınacağa ana və üç qızı gətirilib. Qadın iddia edir ki, yoldaşı qız övladı istəməyib. Hər üç övladları qız olduğu üçün daim aralarında mübahisə yaranıb. Yoldaşı qadına deyib ki, qızlardan birini saxla, digər ikisini uşaq evinə ver. Buna etiraz edən qadın üç qızı ilə birlikdə evdən qovulub. Lakin qadın bir gün sığınacaqda qaldı. Onun qardaşı hadisədən xəbər tutduqdan sonra bacısını və üç övladını da sığınacaqdan götürüb. Qardaşı bildirib ki, bacısına və uşaqlarına kirayə ev tutaraq bütün xərclərini qarşılayacaq”.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...