Azərbaycanda iş adamı yol qəzasında öldü - YENİLƏNİB

Azərbaycanda iş adamı yol qəzasında öldü - YENİLƏNİB
Hadisə 208

Qubada gecə saatlarında “Niva”nın dərəyə aşması nəticəsində həyatını itirən 34 yaşlı Valid Beydullayev Quba-Xınalıq yolunun kənarında yerləşən istirahət mərkəzlərdən birini idarə edib.

BAKU.WS Bizim.Media-ya istinadən xəbər verir ki, mərhumun və yanındakı sərnişinin meyitlərini avtomaşından çıxarmaq mümkün olsa da “Niva”nı hələ hadisə yerindən çıxarmaq mümkün olmayıb.

Hadisə yerinə texnika cəlb ediləcək.

Dəhşətli qəza Quba-Xınalıq yolunun 37-ci km-də qeydə alınıb.

***09:37

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qrız Dəhnə kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi "Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsində sürücü ilə bərabər sərnişin - 1970-ci il təvəllüdlü İlham Əhmədov da dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər