Azərbaycanda insanlığa sığmayan hərəkət: 3 günlük körpəni küçəyə atdılar
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvanda küçədə 3 günlük körpə tapılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə noyabrın 28-də saat 18 radələrində, rayonun Leytenant İbrahimov küçəsi, 18/2 ünvanının qarşısında baş verib.
Belə ki, rayon sakini C.Abbdullayev küçədə bələnmiş vəziyyətdə qız uşağının tapması barədə Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) məlumat verib.
Körpə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təhvil verilib.
Həkimlərlərin ilkin olaraq bildirdiyinə görə, həmin uşaq 2-3 gün əvvəl dünyaya gəlib.
Hazırda uşağın səhhəti həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır, uşağın ora kim tərəfindən atıldığı və onun valideynləri müəyyənləşdirilir.
Oxşar xəbərlər
Bakıda 3 günlük körpəsini qəbiristanlığa atan ana saxlanıldı
Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda atılmış 3 günlük qız uşağı tapılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, körpə polislər tərəf...