Azərbaycanda il ərzində zəhərlənmədən ölənlərin sayı məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yanvar-noyabr ayları ərzində zəhərlənmə diqanozu ilə yerləşdirilənlərdən 41 ölüm faktı qeydə alınıb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, həyatını itirənlərin 30-u kişi, 11-i isə qadın cinsli pasiyentlər olub.
Məlumata əsasən, kişi cinsli pasiyentlər arasında ölüm hallarının daha çox qeydə alınmasının əsas səbəbləri ağır dərəcəli sirkə turşusu və dərman zəhərlənmələri, həmçinin spirtli içkilərdən sui-istifadə ilə bağlı toksik vəziyyətlərdir.
Qadınlar arasında ölüm hallarına isə əsasən sirkə turşusu, dərman preparatları və anafilaktik şok səbəb olub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə ümumilikdə 1 118 nəfər qəbul edilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....