Azərbaycanda iki “KamAz” toqquşub: Ölən var

Azərbaycanda iki “KamAz” toqquşub: Ölən var
Hadisə 61

Ağdaşda, Ləki qəsəbəsindən keçən yolda gecə saatlarında “KamAz” markalı iki yük avtomobili toqquşub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə nəticəsində sürücülərdən biri, 1965-ci təvəllüdlü İsmayılov Elçin İsmayıl oğlu ağır bədən xəsarətləri alıb və Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olan sürücü xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər