Azərbaycanda iki internet provayderi BAĞLANDI
20
apr
2026
16:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, bunlar "Skynet" MMC və "Robonet" MMC-lərdir.
Nəticədə sözügedən provayderlərin uçotu ləğv edilib.
Xatırladaq ki, "Skynet" 2023-cü ilin aprel ayında, "Robonet" MMC isə 2024-cü ilin yanvar ayında uçota alınıb.
Bununla da ölkədə uçota alınmış internet operator, provayder və host provayderlərin sayı 194 olub.
Qeyd edək ki, internet operator və provayderlərinin uçota alınmasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...