Azərbaycanda iki hərbçi bədbəxt hadisə nəticəsində həlak oldu

Dekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 nəfər hərbi qulluqçumuzun dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, hadisə rayonun “PMK-23” adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, dördmərtəbəli yaşayış binasında kirayədə yaşayan Neftçala rayon sakini, 1995-ci il təvəllüdlü Ağaməmmədov Urufət Oruc oğlu və Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu dəm qazından boğularaq ölüblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onların yaşadıqları mənzilə baxış keçirilib. Meyitlər daxili və xarici müayinədən sonra aidiyəati üzrə təhvil verilib.
Məlumata görə, rayon ərazisindəki “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət edən U.Ağaməmmədov və D.Ələkbərzadə sözügedən yaşayış massivində kirayədə qalırmışlar.

Oxşar xəbərlər
Salyanda iki nəfər dəm qazından boğularaq ölüb
Salyanda iki nəfər dəm qazından boğularaq ölüb. Hadisə Salyan şəhərində qeydə alınıb. Kirayədə yaşayan 25 və 28 yaşlı iki kişi evdə dəm qazından boğularaq ölüb....