Azərbaycanda hotel işçiləri qəzaya düşdü: Xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Şabran rayonunun Pirəbədil kəndi ərazisində hotel işçiləri qəzaya düşüb, 5 nəfər xəsarət alıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, “VAZ-2106” və “Nissan X-Trail” markalı minik avtomobillərinin toqquşması nəticəsində "Şabran Hotel"in işçiləri - 1992-ci il təvəllüdlü Zeynalov Əlisahib Mirzə oğlu, Vəliyev Cəmil Əşrəf oğlu, 2004-cü il təvəllüdlü Sərdarov Elmir Vüsal oğlu, 2007-ci il təvəllüdlü Zeynalov Cavad Həbib oğlu və 1988-ci il təvəllüdlü Haşımov Elxan Pirverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Uşaqlıqda əmiyə qarşı yaranan qisasçılıq: Meyxanaçılar qatil oldu - MƏHKƏMƏ İŞİ
2019-cu ilin oktyabrın 2-də Tərtər rayonunun Sarov kəndində baş verən qətl hadisəsinin təfərrüatı bəlli olub. BAKU.WS xəbər verir ki, “oxu.az” məhkəmə istintaqı...