Azərbaycanda güclü partlayış, qadın ağır xəsarətlər aldı

Azərbaycanda güclü partlayış, qadın ağır xəsarətlər aldı
Hadisə 823

Samux rayonunda qaz sızması ağır faciə ilə nəticələnib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə rayonun Alıuşağı kəndində baş verib. Evdə qaz partlaması nəticəsində 2000-ci il təvəllüdlü Vəliyeva Aytəkin Nazim qızı ağır xəsarət alıb. İlkin məlumata görə 21 yaşlı qadının vəziyyəti ağırdır.

Onun bədəninin əksər hissəsi yanıb. Hazırda hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər