Azərbaycanda göldə daşma təhlükəsi - Qarşısı belə alındı - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar nəticəsində Şamaxı rayonunun Çarhan kəndində yerləşən süni göldə suyun səviyyəsinin kəskin artması və gölün hər an daşaraq ətraf üçün təhlükə yaratması barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə FhN-dən bildirilib.
Dərhal əraziyə Nazirliyin Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub.
Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində süni göldəki suyun səviyyəsi endirilərək daşma təhlükəsi aradan qaldırılıb.
Bundan əlavə, yağan intensiv yağışlar səbəbindən Kürdəmir şəhərində bəzi fərdi evlərin və həyətyanı sahələrin subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında əraziyə cəlb olunmuş Nazirliyin Aran Regional Mərkəzinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
