Azərbaycanda film kimi hadisə - Xadimə geyimində… - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında qeyri-adi formada oğurluq olub.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, xəstəxana işçisi olmayan naməlum qadın əyninə xüsusi təmizlik işçilərinin formasını geyinərək, otaqları bir-bir gəzib. O, həkimlərə məxsus pul, qızıl, bəzi tibbi ləvazimatları götürərək aradan çıxıb.
Qadın əyninə xüsusi təmizlik işçilərinin formasını geyinərək, eyni zamanda baş geyimi və maska taxaraq xəstəxanaya daxil olub.
Bu yolla özünü sığortalayan qadın rahat şəkildə oradan oğurluqlar edib. Qeyri-adi oğurluq Hadisə Sumqayıtda Təcili tibbi yardım xəstəxanasında baş verib.
Kameralara da düşən qadının oğurluğu hər kəsi təccübləndirib. Xəstəxanaya giriş qapısından daxil olan bu şəxs bir saat ərzində içəridə qalıb.
Faktı Sumqayıt şəhər Polis İdarəsi də təsdiqləyib. Hazırda naməlum şəxsin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...