Azərbaycanda federasiya Teleradionun binasına köçdü

Azərbaycanda federasiya Teleradionun binasına köçdü
Hadisə 277

Azərbaycan Cüdo Federasiyası bu gündən etibarən yeni ünvana köçüb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, qurum bundan sonra Bakı şəhəri, Abbasqulu Abbaszadə küçəsi 2-də fəaliyyətini davam etdirəcək.

Bu ünvanda isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində 2006-cı ildə fəaliyyət göstərən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İstehsalat Birliyi) yerləşir.

Qeyd edək ki, daha əvvəl qurum federasiyanın sabiq vitse-prezidenti Sadıq Sadıqovun rəhbəri olduğu “Neftçi” İdman Klubunun ünvanında fəaliyyət göstərirdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər