Azərbaycanda faciə - Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə qeydə alınıb.
Rayon sakinləri - 2003-cü il təvəllüdlü Rəhimli Zərifə İlham qızı, 2007-ci il təvəllüdlü Rəhimli Elçin İlham oğlu, 2015-ci il təvəllüdlü Rəhimli Elnur İlham oğlu, 1982-ci il təvəllüdlü Rəhimova Rəna Əli qızı, 1954-cü il təvəllüdlü Rəhimova Qənifə Ağaşiraz qızı və 1944-cü il təvəllüdlü Əkbərova Zivər Ağaşiraz qızı kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərləniblər.
Ailə üzvləri Qobustan rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 10 nəfər dəm qazından zəhərləndi
Salyanda bir gündə iki ailədə zəhərlənmə hadisəsi baş verib. BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində baş verib. Kənddə yaşa...