Azərbaycanda Əməkdar artist vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib.
BAKU.WS report-a istinafən xəbər verie ki, 1956-cı ildə anadan olan sənətkar uzun illər sənətə xidmət göstərib.
O, 1983-cü ildən etibarən Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərərək milli səhnə sənətinin inkişafına öz töhfəsini verib.
Əli Əliyev teatr səhnəsində yaratdığı dolğun və yaddaqalan obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Sənətkar "Anamın kitabı", "Dəli İbrahim", "Məşədi İbad" kimi tamaşalarda uğurlu çıxışları ilə yadda qalıb və Azərbaycan teatr tarixində özünəməxsus iz buraxıb.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...