Azərbaycanda direktor müəllimlərin kartlarını mənimsədi: 71 min manatlıq yeyinti
Yeniliklərdən dərhal xəbərdar olun
Xocavənd rayon Əmirallar kənd tam orta məktəbinin direktoru Mərkəz Hüseynovun büdcədən müəllimlərə ayrılmış külli miqdarda vəsaiti ələ keçirdiyi məlum olub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıtda məskunlaşmış məktəb direktorunun 2023-cü ilədək ümumilikdə 71 301 manat vəsaiti mənimsədiyi müəyyən edilib.
M.Hüseynov barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü (külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı) maddələri ilə iş açılıb.
Məlum olub ki, direktor işə çıxmayan müəllimlərin əməkhaqqı kartlarını özündə saxlayıb və onlara ödənilən pulları nağdlaşdıraraq özünə götürüb. Bundan sonra M.Hüseynov evdə təhsilə cəlb edilən müəllimlərə ödənilən vəsaiti də mənimsəyib.
İstintaq müddətində M.Hüseynov büdcəyə vurulmuş zərəri qismən ödəyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi onu qeyd edilən maddələr üzrə təqsirli bilib. İşdən çıxarılan direktora sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....