Azərbaycanda dəhşətli yanğın: 81 yaşlı qadın diri-diri yandı

14
dek
2020
09:32
Cəlilabad rayonunda ümumi sahəsi 84 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları 36 kvadrat metr sahədə yanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Hətəmova Nübar Ələkbər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
Ağcabədidə bir-birinə bitişik 4 evdə yanğın olub
Ağcabədi rayonunda yanğın baş verib. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı bir-birinə bitişik tikilən ümumi sahəsi 72 kv/...
