Azərbaycanda dəhşətli qəza: Polis əməkdaşı həyatını itirdi, xəsarət alanlar var - ADLAR - FOTO/VİDEO

Azərbaycanda dəhşətli qəza: Polis əməkdaşı həyatını itirdi, xəsarət alanlar var  - ADLAR - FOTO/VİDEO
Foto Video
Hadisə 6

Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, KİA və BMW markalı avtomobillər toqquşub.

Nəticədə BMW markalı şəxsi avtomobildəki sərnişin, polis nəfəri, 1990-cı il təvəllüdlü İlqar Sadıqov hadisə yerində həyatını itirib.

Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

“Report”un yerli bürosunun xəbərinə görə, Babək və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində qəzada daha iki nəfər - 1989-cu il təvəllüdlü Yusifzadə Tural Elşad oğlu və 1994-cü il təvəllüdlü Eyvazov Etibar Tural oğlu xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər