Azərbaycanda dəhşətli qəza - Bir neçə avtomobil piyadanın üstündən keçdi
22
yan
2020
09:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə 21:00 radələrində Bakı-Qazax magistral yolunun Qarasu və Padar kəndləri arasında baş verib.
Avtomobillərin qarşısına çıxan hələlik kimliyi məlum olmayan piyadanı "Ford" markalı yük avtomobili vurub. Daha sonra arxadan gələn bir neçə maşın onun üstündən keçib.
Vurulan piyada tanınmaz hala düşüb.
Onun meyiti məhkəmə tibb ekspertizasına təhvil verilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb - VİDEO
Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaratəpə kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. BAKU.WS APA-ya istinadən xəbər verir...