Azərbaycanda dəhşətli hadisə: Qadın qonaq getdiyi binadan özünü atdı
12
fev
2021
08:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdədə 30 yaşlı qadın intihara cəhd edib.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində, hündürmərtəbəli yaşayış binalarından birində baş verib.
Belə ki, Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Türkan Şükürova yaxın qohumlarının evinə qonaq gedib. Elə həmin binanın dördüncü mərtəbəsindən də özünü atıb.
Ağır bədən xəsarətləri alan qadın yaxınlıqda olanların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda T.Şükürovanın vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Toyuna 400 min dollar pul xərclənən Aysel Şükürova vətəndaşı söyüb nömrəsini paylaşdı - FOTO
Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı, qalmaqallı hadisələrlə mediada müzakirələrə səbəb olan Aysel Şükürova növbəti dəfə və...