Azərbaycanda dəhşətli hadisə: işçi müdirini güllələdi
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Salyanda baş verən silahlı insident barədə məlumat açıqlayıb.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə bildirilib ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində yerləşən fermaların birində baş verib. Fermada çalışan R.Salmanov aralarında yaranmış mübahisə zəminində fermanın sahibi F.Misgərliyə odlu silahdan atəş açaraq xəsarət yetirib. R.Salmanov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan bir ədəd təklüləli ov tüfəngi maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Əvvəl arvadını, həbsdən sonra onun məşuqunu öldürdü: "Qızımı görmək istədim..." - FOTO
Şabran rayonunda ana və oğlunu qətlə yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Nahid İslamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleq...