Azərbaycanda dəhşətli cinayət - Arvadını zorlayan əmisini öldürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda namus üstündə baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.
BAKU.WS “oxu24.com”a istinadən xəbər verir ki, illər öncə Bərdə rayonunda baş vermiş dəhşətli qətlin namus üstündə törədilməsi məlum olub.
Bərdə rayon sakini Dağbeyi Cabbarov qohumu Əsəd Məmişovu öldürüb və həyətdə basdırıb.
Bu zaman qətli törətməkdə ona qardaşı Habil Cabbarov kömək edib.
Məhkəmədə qətlin şok səbəbi üzə çıxıb.
Dağbeyi Cabbarov ifadəsində bildirib ki, toy gecəsi arvadı Sevil Məmişovanın bakirə olmadığını görüb. Arvadından bunu soruşduqda qız cavab verməyib.
Üzərindən 2 ay keçdikdən sonra arvadı ona uşaq vaxtı əmisi Əsəd tərəfindən zorlandığını bildirib.
Bunu bildikdən sonra Dağbeyi arvadının əmisini öldürmək qərarına gəlib.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...