Azərbaycanda dəhşət - paltarına od düşən qadın öldü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ehtiyatsızlıq yaşlı qadını canından etdi.
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Lənkəranda, daha doğrusu isə, Şirəli Məmmədov küçəsi ev 12 ünvanında qeydə alınıb.
Adı çəkilən ünvanda yaşayan 62 yaşlı Ziba Fətullayeva ehtiyatsızlıqdan paltarını yandırıb.
Belə ki, qadının paltarının ətəyi evdə quraşdırılmış qaz sobasına ilişib və arxa hissədən yanmağa başlayıb.
Bundan bir az gec xəbər tutan yaşlı qadın müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada Ziba Fətullayevaya bütün bədən səthinin üçüncü-dördüncü dərəcəli termiki yanığı diaqnozu qoyulub.
Həkimlər tərəfindən göstərilən yardımlara baxmayaraq, qadın dünyasını dəyişib.
Oxşar xəbərlər
SON DƏQİQƏ - Azərbaycanda DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralılar var
Masallı rayonun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verib.Bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən B...