Azərbaycanda DƏHŞƏT - Ər bıçaqla arvadını öldürüb, qızını ağır yaralayıb

Azərbaycanda DƏHŞƏT - Ər bıçaqla arvadını öldürüb, qızını ağır yaralayıb
Hadisə 724

Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını isə ağır yaralayıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə axşam Naftalan şəhərində baş verib.

Ailə münaqişəsi zəminində ər 1979-cu il təvəllüdlü həyat yoldaşı Elmira Elm qızı Verdiyevanı və 2002-ci il təvəllüdlü qızı Həsənova Aysunu bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya aparılsa da, Elmira Verdiyeva aldığı xəsarətdən ölüb. A.Həsənova reanimasiyaya yerləşdirilib.

Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər