Azərbaycanda DƏHŞƏT - Ər arvadını yataq otağında amansızcasına öldürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvan rayonunda dəhşətli qətl hadisəsi olub.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Cənub Sənayə Qovşağının inzibati binasında qeydə alınıb.
Şirvan şəhərində məskunlaşan Ağdam rayon sakini, 1986-cı il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı – Zəngilan rayon sakini, 1984-cü il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını yaşadıqları mənzilin yataq otağında boğub, daha sonra onu bıçaqla qətlə yetirib.
Qadının meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına yerləşdirilib. Sahib Nağıyev isə qətli törətdikdən sonra könüllü olaraq polisə təslim olub.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.
Oxşar xəbərlər
Azərbaycanlı kriminal ünsürlərin qanlı razborkası – Dəhşətli cinayətlər
İyulun 31-də Hacıqabul rayonunda ölkəni şoka salan cinayət hadisəsi baş verdi. BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, həmin gün saat 06 radələrində Hacı...