Azərbaycanda DƏHŞƏT: 8 aylıq körpə oyun meydançasından yıxılaraq öldü
22
may
2024
08:36
Astarada 8 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.
Gecə saatlarında Astara rayonun Pensər kənd sakini, 2023-cü il təvəllüdlü İ.H Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Nənəsinin sözlərinə görə 8 aylıq körpə evdə uşaq oyun meydançasından (manej) yıxılıb və xəsarət alıb.
Qohumları körpəni dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Xəstəxanadan bildirilib ki, 8 aylıq körpənin həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.//APA
Oxşar xəbərlər
Azərbaycanda tələbələrin faciəli şəkildə ölməsinin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO
Xəbər verdiyimiz kimi, Naxçıvan şəhərində iki gənc “Bazar gölü”ndə boğularaq ölüb. Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyə...