Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.
*** 09:11
Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və dörd sərnişin hadisə yerində vəfat ediblər.
Qeyd edək ki, qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Qəbələdə 16 yaşlı oğlan anasını söydüyü üçün qonşusunu BIÇAQLADI
Şəki Ağır Cinayətlər Məhkəməsi Qəbələ rayonunda 16 yaşlı bir gənc oğlanın qonşusunu bıçaqla vurmaq hadisəsinə baxaraq, onu Azərbaycan Respublikası Cinayət Məcəl...
