Azərbaycanda dəhşətli qəza: 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb
 
                            Mingəçevirdəki qəzada xəsarət alan azyaşlı ölüb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, həkimlərin səyinə baxmayaraq 2020-ci il təvəllüdlü Adəm Həbliyevi xilas etmək mümkün olmayıb.
***10:15
Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Mercedes Vito" markalı mikroavtobus öncə minik avtomobili ilə toqquşub, sonra idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində 1 nəfər - 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva aldığı xəsarətdən dünyasını dəyişib. Qəza zamanı habelə daha 7 nəfər - 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1983-cü il təvəllüdlü Amil Nəbiyev, 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva və 2020-ci il təvəllüdlü A.Həbliyev xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 4 yaşlı A.Həbliyevin vəziyyəti ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti kafi və orta-ağırdır.
Qeyd edək ki, ölən və zərərçəkənlər Bakıdan Mingəçevirə qayıdan "Mercedes Vito" markalı mikroavtobusda olan sərnişinlərdir.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıdakı qəzada ölən tanınmış müğənni imiş
Xəbər verdiyimiz kimi, ötən gecə 2002-ci təvəllüdlü S.Mehdizadə "Hyundai Elantra" markalı avtomobillə Dövlət Bayrağı Meydanının yaxınlığında yolu keçən 1988-ci...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
  
  
  
  
  
  
  
  
  
  
                             
                     
                     
                     
                    