Azərbaycanda DƏHŞƏT: Ana və iki övladı dəm qazından boğularaq öldü

İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, faciə nəticəsində ana Azadova Mehriban İdris qızı, iki azyaşlı övladı Azadov Məhəmməd Vasif oğlu və Azadova Fatimə Vasif qızı vəfat ediblər.
Ailə başçısı Bəhrəmtəpə kənd sakini 1989-cu il təvəllüdlü Azadov Vasif Əlirza oğlu komatoz vəziyyədə İmişli rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
"Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Vəziyyəti orta ağır qiymətləndirilir", - TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq deyilib.
Oxşar xəbərlər
Qobustanda 24 yaşlı gəlinini öldürməkdə şübhəli bilinən şəxs MÜƏLLİM İMİŞ - ŞOK TƏFƏRRÜAT
Qobustan rayonunda 24 yaşlı gəlinin qətlə yetirilməsinin təfərrüatları məlum olub. BAKU.WS Oxu.Az-a isinadən xəbər verir ki, faciə baş verən ailənin hamısı təhs...
