Azərbaycanda dəhşətli cinayətin üstü 5 il sonra açıldı - MƏHKƏMƏ

Azərbaycanda dəhşətli cinayətin üstü 5 il sonra açıldı - MƏHKƏMƏ
Hadisə 217

Qubada 5 il əvvəl iki nəfəri öldürüb meyitlərini yandırmaqda ittiham olunan Osman Ömərov və Əflatun Əspəndiyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hafiz Əliyevin sədrlik etdiyi hakimlər bu qənaətə gəliblər ki, Osman törətdiyi əmələ görə bütün ömrünü, Əflatun isə ömrünün 18 ilini həbsdə keçirməlidir. Hökmə əsasən, O.Ömərov ömürlük, Ə.Əspəndiyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2017-ci ildə Quba rayonunun Küpçalqışlar kəndində baş verib. Cinayətin üstü 5 il sonra açılıb. Məlum olub ki, 40 yaşlı Osman Ömərov 38 yaşlı Rəhman İşıqovu və 19 yaşlı Ülviyyə Məmmədovanı qisas almaq üçün qısqanclıq məqsədilə qətlə yetirib. O, cinayət izini itirmək üçün qəza görüntüsü yaratmaq məqsədilə onların meyitlərini elə Rəhmanım öz avtomobilinin içərisində yandırıb. İstintaqla Əflatun Əspəndiyevin də ona kömək etdiyi müəyyən edilib.

Hadisədən sonra Ömərin əvvəllər qətlə yetirdiyi Ülviyyə ilə sevgi münasibəti olduğu haqda məlumatlar yayılıb.

Oxşar xəbərlər

Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun baş giziri Əsədov Heydər Məmmədağa oğlu vəfat edib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, xərçəng...

778 Hadisə 17:33 08 dekabr 2024

Son xəbərlər