Azərbaycanda DƏHŞƏT - Məktəbli məktəblini bıçaqlayıb
18
dek
2024
16:57
Gəncədə bıçaqlanma baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
M. adlı oğlanın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bıçaqlanan və hadisəni törədən şəxsin qəsəbədə yerləşən 21 nömrəli tam orta məktəbin şagirdləri olduğu deyilir. Məlumata görə, məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb.
Hadisənin dərsdən sonra baş verdiyi bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs ölüb
Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları...