Azərbaycanda DƏHŞƏT: "Lexsus" kanala aşıb, 5 nəfər boğularaq ölüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cənub-Muğan su kanalının Biləsuvar rayonu, Zəhmətabad kəndindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə FHN-in Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Lexus" markalı minik avtomobilinin idarəetmədən çıxaraq su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən yol-nəqliyyat qəzası nəticəsində avtomobildə həyatını itirən 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***11:31
Biləsuvar rayonunda baş vermiş ağır yol qəzasında ölən 5 nəfərin kimliyi məlum olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində sürücü Vasif Həsənli (2003-cü il təvəllüdlü) və sərnişinləri; Rusif Həsənli (2001), İldırım Həsənli (1990), Məhəmməd Məmmədli (2000), Əliqardaş Rəsulzadə (2007) dünyasını dəyişib.
Qeyd edək ki, V. Həsənli və R. Həsənli qardaşdırlar, İ.Həsənli isə onların əmisi oğludur.
Faktla bağlı araşdırma aparılır.
***10:34
Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində baş verib.
Gecə saatlarında kənddə yolda idarəetmədən çıxan "Lexsus" markalı minik avtomobili kanala aşıb. Nəticədə maşında olan 5 nəfər suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə qəza baş verib, bir nəfər ölüb
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadla xəbər verir ki, rayon ərazisində VAZ və "Hyundai" markalı avtomobillər...