Azərbaycanda DƏHŞƏT - Bir ailənin altı üzvü dəm qazından zəhərlənib, ölən var
Naxçıvan şəhərində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb.
Nəticədə Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu həyatını itirib.
Onun övladları – 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı
Fevralın 4-ü Ağcabədi rayonunun Aşağı Avşar kəndində 19 bıçaq xəsarəti yetirilən 2019-cu il təvəllüdlü Sübhan Bəşirov xəstəxanadan evə buraxılıb. BAKU.WS xəbər...