Azərbaycanda DƏHŞƏT - 5 nəfər dərmandan zəhərlənib, bir nəfər ölüb

Azərbaycanda DƏHŞƏT - 5 nəfər dərmandan zəhərlənib, bir nəfər ölüb
Hadisə 175

30.08.2024-cü il tarixində saat 01:00 radələrində Göygöl rayonu Balcılı kənd sakinləri 1961-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) və 3 azyaşlı (2 qadın cinsli, 1 kişi cinsli olmaqla) dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət edib.

Onlardan biri, 2014-cü il təvəllüdlü uşağın (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Digər iki uşaq zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan birinin vəziyyəti ağır, digəri orta ağır qiymətləndirilir.

İlkin zəruri tibbi yardımdan sonra Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan ananın vəziyyəti isə hazırda orta ağır qiymətləndirilir.

***14:33

Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə zamanı iki nəfər ölüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Balçılı kəndində qeydə alınıb.

İlkin ehtimala görə, beş nəfər - dörd uşaq, bir qadın (nənələri) - başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparat yumaları səbəbindən zəhərlənib.

Qadın və bir uşaq hadisə yerində ölüblər. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***14:06

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə kəndlərdən birində qeydə alınıb.

Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib. Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb.

Onların "Niastol" adlı dərmandan zəhərləndikləri ehtimal edilir.

Son xəbərlər