Azərbaycanda daha bir partlayış olub
02
yan
2023
18:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gədəbəydə evdə qaz sızması nəticəsində partlayış olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qumlu kəndində qeydə alınıb.
Kənd sakini 2007-ci il təvəllüdlü Rəvan Ələsgərov bədənin müxtəlif hissələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, R.Ələsgərov evdə qazı yandıran zaman partlayış baş verib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alan var
Gəncədə evdə qaz balonu partlayıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1981-ci il təvəllüdlü...