Azərbaycanda daha 3 nəfər yol qəzasına düşdü - FOTO

Azərbaycanda daha 3 nəfər yol qəzasına düşdü - FOTO
Foto
Hadisə 311

Gədəbəy rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Parakənd kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobillə "VAZ 2106" markalı avtomobil toqquşub. Zərbənin təsirindən "VAZ" markalı avtomobil yoldan çıxaraq aşıb.

İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alanlar Gədəbəy Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər