Azərbaycanda İcra Hakimiyyətinin sabiq əməkdaşı həbs olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Saatlı rayon İcra Hakimiyyətinin (RİH) sabiq əməkdaşı həbs olunub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Saatlı RİH-də Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiyanın keçmiş əməkdaşı Ağayev Nəriman Mirhadı oğlu Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edilir ki, adı çəkilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb, bir neçə nəfərdən dövlət hesabına fərdi yaşayış evlərinin tikilməsi məqsədi ilə külli miqdarda pul alıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bu il 6 icra başçısı işdən çıxarılıb, 2-si həbs olunub - FOTO
Ölkəmizdə kadr və struktur islahatları davam edir. Belə ki, aparılan islahatlar nəticəsində bəzi məmurlar vəzifələrini itirib, onları yeni kadrlar əvəzləyib. Bi...