Azərbaycanda bir gündə 100-dən çox insan saxlanıldı

Azərbaycanda bir gündə 100-dən çox insan saxlanıldı
Hadisə 765

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 116 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qeydə alınan cinayətlərdən 24-ü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 54 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda əməliyyat – 156 nəfər saxlanıldı

Azərbaycanda əməliyyat – 156 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınıb.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə məl...

2178 Hadisə 10:17 24 noyabr 2018

Son xəbərlər