Azərbaycanda azyaşlını döyən polis işdən çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda azyaşlını döyən polis işdən çıxarılıb.
BAKU.WS xəbər verir ki, Bu barədə report-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, 2013-cü il təvəllüdlü Tunar Kamranlının Vüsal Hüseynov tərəfindən döyülməsi ilə bağlı müraciət üzrə Yevlax Rayon Prokurorluğunda araşdırma aparılıb.
Aparılan araşdırma zamanı hadisə yerinə baxış keçirilib, videomüşahidə kameralarından görüntülər əldə edilib, Tunar Kamranlı və digər şəxslərin izahatları alınıb, məhkəmə tibbi ekspertizası təyin edilərək rəyi əldə olunub.
Baş Prokurorluğun təqdimatı əsasında daxili işlər nazirinin müvafiq əmri ilə Vüsal Hüseynov tutduğu vəzifədən azad edilib, həmçinin onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsinə əsasən inzibati icraat açılaraq toplanmış materialar baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Mövlam Şixəliyevin orden və medalları alınıb - SİYAHI
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbəni...