Azərbaycanda azyaşlı çipsdən zəhərlənib? - AQTA və TƏBİB birgə məlumat yaydı - YENİLƏNİB - FOTO
Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsi ilə bağlı müvafiq araşdırmalar aparılır.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA və TƏBİB birgə məlumat yayıb.
İlkin araşdırma zamanı məlum olub ki, hadisə 08.06.2024-cü il tarixində baş verib və azyaşlı əvvəlcə Qaradağ Tibb Mərkəzinə aparılıb, ona qarın nahiyəsinin dəqiqləşdirilməmiş ağrısı diaqnozu qoyulub.
09.06.2024-cü il tarixində saat 01:25 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, 09.06.2024-cü il tarixində saat 03:40 radələrində T.Cavadzadə vəfat edib.
Ailənin bildirdiyinə görə, ailənin 3 uşağı “Çips” məhsulu qəbul edib, lakin digər iki uşağın səhhətində heç bir problem müşahidə olunmayıb.
Baş verən hadisə ilə bağlı ailəyə, azyaşlının yaxınlarına başsağlığı veririk.
***11:54
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.
O, qeyd edib ki, araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
***11:33
Azərbaycanda azyaşlı uşaq çipsidən zəhərlənərək ölüb.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunur ki, hadisə Qobustanda baş verib.
Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur.
Oxşar xəbərlər
Sumqayıtda ananın imtina etdiyi körpənin ölüm səbəbi açıqlanıb - YENİLƏNİB-2 - RƏSMİ
Bu il aprelin 20-də Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 1990-cı il təvəllüdlü vətəndaş tərəfindən qeysəriyyə kəsiyi əməliyya...