Azərbaycanda avtomobil körpüsü uçdu – VİDEO

Azərbaycanda avtomobil körpüsü uçdu – VİDEO
Foto Video
Hadisə 828
Bir neçə gün öncə qəzalı vəziyyətə düşən Cəlilabad-Yardımlı avtomobil yolunun üzərində yerləşən körpüdə nəqliyyat vasitələrinin hərəkəti tamamilə çətinləşib.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, körpünün əsas hissəsi uçduğundan yolun yalnız bir metr eni qalıb.Hazırda yük avtomobilləri yoldan keçə bilmir. Yerli sakinlərin sözlərinə görə, biçin mövsümünə hazırlıq üçün kənd təsərrüfatı texnikaları Yardımlı ərazisinə keçə bilmirlər.Müvafiq qurumlar tərəfindən əraziyə çay daşları töklüsə də, xeyir olmayıb.Sözügedən körpünün tamamilə yenidən qurlmasına ehtiyac var.Qeyd edək ki, İntensiv yağan yağıntılar nəticəsində Cəlilabadın Buravar kəndindəki avtomobil yolu üzərində körpü sel sularının təsirindən uçmuşdu.

Oxşar xəbərlər

Sel Cəlilabad-Yardımlı yolunda körpünü dağıtdı - VİDEO

Sel Cəlilabad-Yardımlı yolunda körpünü dağıtdı - VİDEO

Dünəndən etibarən çaylarda suyun səviyyəsinin kəskin şəkildə artması Cəlilabad-Yardımlı avtomobil yolunun üzərindəki körpünü qəzalı vəziyyətə salıb.Körpünün bir...

499 Hadisə 08:05 25 aprel 2019

Son xəbərlər